Bütün xəbərlər
Medvedev: "Bayden ABŞ üçün biabırçılıqdır"
Tarix: 08-03-2024 13:35 | Bölmə: Siyasət

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünü Franklin Delano Ruzveltlə müqayisə edən Amerika lideri Co Baydenin sözlərini ələ salıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rus siyasətçinin fikrincə, Bayden sələflərindən fərqli olaraq ABŞ-ı ancaq biabır edir.
Bundan əvvəl Amerika prezidenti Konqresə illik çıxışında özünü nasist Almaniyasının lideri Adolf Hitlerlə döyüşən Franklin Ruzveltlə müqayisə edib. Dövlət başçısı xatırladıb ki, 1941-ci ilin yanvarında Avropada müharibə gedən zaman Ruzvelt Amerika xalqını və qanunvericiləri birliyə çağırıb və indi də həmin zalda xalqa müraciət edir.
Baydenin bəyanatlarını şərh edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlil arabasında olan Ruzveltin Amerikanı depressiyadan çıxara bildiyini, ABŞ-ın hazırkı liderinin isə “dəli, zehni geriliyi olan, insanlığı cəhənnəmə sürükləyən bir insan olduğuna diqqət çəkib”.
Bundan əlavə, Medvedev davam etdi, Ruzvelt faşistlərə qarşı, Bayden isə onlar üçün döyüşür. "O, Birləşmiş Ştatlar üçün biabırçılıqdır" deyə, siyasətçi yekunlaşdırıb.
Bundan əvvəl Medvedev zarafatla demişdi ki, Bayden ikinci müddətə prezident seçilə bilər, lakin o, andiçmə mərasiminə gəlməyi unutmamalıdır.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər