Bütün xəbərlər
Umerov: "Qərb silahları Kiyevə çox gec çatır"
Tarix: 25-02-2024 17:38 | Bölmə: Siyasət

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov Qərb silahlarının vaxtında çatdırılmadığını etiraf edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, ərazi və şəxsi heyət itkilərini bu gecikmələrlə əlaqələndirir.
Umerov bildirib ki, silahların yarısı Kiyevə çox gec çatır.
"Vəziyyət həmişə dinamik olduğundan, həmişə dəyişən olduğundan, 50% vaxtında çatmır", - Ukrayna agentliyi onun sözlərini sitat gətirir.
Ukraynalı nazirin sözlərinə görə, bu gecikmələr birbaşa şəxsi heyətin və mühüm ərazilərin itkiləri ilə bağlıdır. Umerov Qərb tərəfdaşlarını Ukrayna Silahlı Qüvvələrinə təcili sursatlar verməyə çağırıb.
O, həmçinin bir tərəfin hava üstünlüyünə malik olmaması üçün təyyarələrin tədarükü zərurətinə eyham vurub.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna Silahlı Qüvvələri böyük mərmi çatışmazlığından əziyyət çəkir.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər