Bütün xəbərlər
Peskov Baydenin Putin haqqında dediklərini “ABŞ üçün biabırçılıq” adlandırıb
Tarix: 22-02-2024 12:31 | Bölmə: Siyasət

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Co Baydenin Vladimir Putinlə bağlı dediklərini tamamilə iyrənc adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, bu cür bəyanatlar bu şəxsin rəhbərlik etdiyi ölkə üçün biabırçılıqdır.
Peskovun sözlərinə görə, Bayden özünü Hollivud kovboyu üslubunda aparmağa çalışır. Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi xatırladıb ki, Vladimir Putin heç vaxt özünə belə bəyanatlar verməyə imkan verməyib.
Bundan əvvəl Dövlət Duması Baydenin bəyanatlarını “qocalıq dəliliyi” adlandırmışdı.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər