Bütün xəbərlər
Prezident Fikrət Məmmədovla bağlı təqdimat verdi
Tarix: 17-02-2024 20:39 | Bölmə: Siyasət

                         prezident-fikret-memmedovla-bagli-teqdimat-verdi



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Prezident İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, parlamentdə təqdimata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, müvafiq qaydada baxılacaq.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərindən sonra sabiq ədliyyə naziri F.Məmmədov yeni hökumətdə yer almayıb.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər