14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Senator Tubervil: "ABŞ geosiyasi mübarizədə Putini məğlub etməyəcək"
Tarix: 15-02-2024 21:15 | Bölmə: Siyasət

ABŞ senatoru Tommy Tuberville deyir ki, Rusiya prezidenti Vladimir Putin “geosiyasi oyunun başındadır”.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu fikri FM Talk 1065-də “The Jeff Poor Show” verilişində bildirib.
“Amerika xalqı artıq bunu (Ukraynadakı münaqişəni – red.) maliyyələşdirə bilməz, bizə diplomatlar lazımdır, bizə sazişlər bağlayacaq insanlar lazımdır”, - deyə, siyasətçi qeyd edib.
Senatorun fikrincə, ABŞ Rusiyanı məğlub edə bilməyəcək, ona görə də sülh danışıqlarına başlamaq lazımdır. Tabervil əmindir ki, keçmiş ABŞ prezidenti Donald Tramp “bunu bir neçə həftə ərzində edərdi”.
Tramp daha əvvəl demişdi ki, prezident olsaydı, 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacaq.
İndi Qərbdə danışıqlara başlamaq və bunu mümkün qədər tez etmək zərurəti ilə bağlı daha tez-tez bəyanatlar verilir. Moskva dəfələrlə bəyan edib ki, onlar üçün hazırdır, lakin Kiyev tərəfindən analoji hazırlıq yoxdur.
NATO Hərbi Komitəsinin keçmiş sədri, istefada olan general Harald Kujat Qərb dövlətlərinin Kiyev rejiminə dəstəyini dayandırmayana qədər Moskvanın dialoqa getməyəcəyi fikrini bildirib.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər