Bütün xəbərlər
ABŞ senatoru Vens Putinin müsahibəsini heyrətamiz adlandırıb
Tarix: 09-02-2024 20:58 | Bölmə: Siyasət

Respublikaçılar Partiyasının ABŞ Senatındakı Ohayo ştatından olan nümayəndəsi Ceyms Devid Vens Rusiya prezidentinin amerikalı jurnalistə müsahibəsini şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, senator və sahibkar Vens Vladimir Putinin Taker Karlsonla Moskvada baş tutan və cümə günü dərc olunan söhbətini heyrətamiz adlandırıb.
"İndicə buna baxdım. Möhtəşəm", - qanunverici X sosial şəbəkəsində yazıb.
Vens ABŞ-ın Ukrayna siyasətinin tanınmış tənqidçisidir. 2023-cü il dekabrın 11-də o, Zelenskinin ABŞ Senatına səfərini “ən biabırçı fars” adlandırıb.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər