Bütün xəbərlər
Zelenski Zalujnı vəzifəsindən azad edib və Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edib
Tarix: 08-02-2024 21:00 | Bölmə: Siyasət

Ukrayna prezidenti Vladimir Zelenski Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib və bu vəzifəyə Aleksandr Sırskini təyin edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər o, quru qoşunlarına rəhbərlik edib.
Bundan əvvəl Zelenski Zalujnı ilə görüşdüyünü və Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin yenilənməsini müzakirə etdiyini yazıb.
Zalujnının istefasını müdafiə naziri Rustem Umerov da təsdiqləyib. Onun sözlərinə görə, hazırda Ukraynaya yeni yanaşmalar və yeni strategiyalar lazımdır.
General-polkovnik Aleksandr Sırski Vladimir vilayətində anadan olub, Moskva Ali Birləşmiş Silahlı Qüvvələrin Komandanlıq Məktəbini bitirib. 1980-ci ildən Ukraynada yaşayır.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər