Bütün xəbərlər
Stoltenberq: "NATO Zalujnının işdən çıxarılması məsələsinə qarışmır"
Tarix: 07-02-2024 20:37 | Bölmə: Siyasət

Şimali Atlantika Alyansı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı ilə vəziyyətə müdaxilə etmir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Alyansın baş katibi Yens Stoltenberqin bildirdiyinə görə, Kiyev rejimi hərbi rəhbərlikdəki dəyişikliklər Ukrayna və NATO arasında münasibətlərə təsir etməyəcək. İstənilən halda dəstək davam edəcək.
Stoltenberq bir daha ABŞ Konqresini Kiyevə əlavə maliyyənin ayrılmasını təsdiqləməyə çağırıb.
Bundan əlavə, baş katib qeyd edib ki, NATO hələlik heç bir üzvü üçün təhlükə görmür, RİA Novosti yazır.
Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Zalujnının vəzifəsindən uzaqlaşdırıla biləcəyi barədə məlumat yayılmışdı. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski ölkənin hərbi rəhbərliyinin yenilənməsinə ehtiyac olduğunu təsdiqləyib.
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak da öz növbəsində hesab edir ki, Zalujninin istefası hazırda cəbhə xəttində müşahidə olunan durğunluğun öhdəsindən gəlməyə kömək edəcək.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər