Bütün xəbərlər
"Politico": Bayden İsrailin baş naziri haqqında ədəbsiz danışdı
Tarix: 05-02-2024 13:20 | Bölmə: Siyasət

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu haqqında şəxsi olaraq ədəbsiz ifadələr işlədib və onu “pis adam” adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Bayden İsrail Nazirlər Kabinetinin rəhbərindən “dərin şübhələnir”. Onun administrasiyasının Netanyahunun “ABŞ-ı Yaxın Şərqdə regiona Amerika silahlarının axını təmin edəcək daha böyük müharibəyə sürükləmək istədiyindən” qorxduğu iddia edilir.
Ağ Ev bu məlumatı təkzib edib. Onlar ABŞ prezidentinin belə bir söz demədiyini və heç vaxt deməyəcəyini, iki lider arasında onilliklər ərzində hörmətli münasibətin olduğunu bildiriblər.
Daha əvvəl media Co Bayden və Ağ Evin Netanyahunun Qəzza zolağındakı vəziyyətlə bağlı ABŞ-ın tövsiyələrinə əməl etməkdən imtina etməsindən qıcıqlandığını bildirmişdi.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər