14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Anti-Rusiya təlimlərinə baxmayaraq, NATO nüvə ssenarisi hazırlaya bilər
Tarix: 02-02-2024 13:26 | Bölmə: Siyasət

NATO-nun genişmiqyaslı “Steadfast Defender 2024” təlimi zamanı Trident 2 qitələrarası ballistik raketi buraxılacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə Britaniyanın “Vanguard” nüvə sualtı qayığı Atlantik okeanının müəyyən ərazisinə yola düşəcək. Təlimdən əvvəl sualtı qayıq Plimutda yeddi il ərzində təmir olunub.
Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenkonun RİA Novosti-yə verdiyi məlumata görə, təlimlərin nüvə ssenarisi onların Rusiyaya qarşı yönəldiyini göstərir. Ekspert hesab edir ki, NATO Rusiya Silahlı Qüvvələri ilə hərbi toqquşma üçün məşq edir.

Nüvə silahına malik olan bütün ölkələr müəyyən edilmiş taktiki-texniki xüsusiyyətləri və onların döyüş hazırlığını təsdiq etmək üçün vaxtaşırı raketlər buraxırlar.
“Aydındır ki, bunların hamısı bir konturla bağlıdır”, – Korotçenko yekunlaşdırıb.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər