Bütün xəbərlər
Zelenski həftənin sonuna qədər Zalujnı işdən çıxarmağa hazırdır
Tarix: 01-02-2024 11:18 | Bölmə: Siyasət

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının postunda səlahiyyət müddəti başa çatır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vladimir Zelenski yaxın günlərdə Zalujnı işdən çıxarmağı planlaşdırır. CNN mənbəsinin məlumatına görə, Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski varis kimi nəzərdən keçirilir. RİA Novosti yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı postuna digər namizədlər də istisna deyil.
Əvvəllər Ukraynanın güc strukturlarındakı mənbələr Zalujnının istefasının artıq baş verdiyini bildirsələr də, bu, geniş və rəsmi şəkildə elan edilməmişdi. Zalujnıya bir neçə variant – səfir postu, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi postu və Ukrayna hakimiyyətinin müşaviri olmaq təklif edilib, lakin general bundan imtina edib.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib