14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Lavrov: "54 ölkə Ukraynanı silahla doldurur"
Tarix: 30-01-2024 13:55 | Bölmə: Siyasət

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ 54 ölkəni Ukraynaya silah-sursat verən və orada hərbi mütəxəssislərlə təmin edən anti-Rusiya koalisiyasına birləşdirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, 2 ildən az müddətdə Qərb Ukraynaya 200 milyard dollardan çox vəsait ayırıb. Ukrayna rejiminə əsas donorlar ABŞ, Almaniya, Böyük Britaniya, Danimarka, Polşa, Norveç, Hollandiya və İsveç olub.
Eyni zamanda, nazir qeyd edib ki, Qərb ölkələrinin bu yardımı göstərməkdə əsas motivasiyası yalnız “Rusiya qalib gəlməsin”.
"Mentalitet belədir: Ukrayna ilə bağlı hər şey Rusiyaya necə deyərlər, strateji məğlubiyyət vermək üçün istifadə edilməlidir", - o, Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə izah edib.
Lavrovun sözlərinə görə, Qərb artıq “Ukrayna layihəsi”nin uğursuzluğunu dərk etməyə başlayıb, lakin nüfuz və iqtisadi qazanc mülahizələrinə görə onu dəstəkləməkdən əl çəkə bilmir.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Kiyevin ehtiyacları üçün 50 milyard avronun ayrılmasını əngəlləməklə hədələyən Macarıstandan yan keçərək, Ukraynanı maliyyələşdirmək üçün yeni fond yaratmağı planlaşdırır.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər