14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Kişida: "Yaponiya Rusiya ilə sülh istəyir və Ukraynaya kömək etməyə davam edəcək"
Tarix: 30-01-2024 11:20 | Bölmə: Siyasət

Yaponiyanın baş naziri Fumio Kişida çıxışında Yaponiya hakimiyyətinin Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda onun  etirafına görə, hazırda iki ölkə arasında münasibətlərdə vəziyyət kifayət qədər ağırdır.
“Lakin Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş kursa qətiyyətlə sadiq qalır”, - deyə, siyasətçi bildirib.
Kişida bu istəyə baxmayaraq, Yaponiyanın Rusiya əleyhinə sanksiyaları dəstəkləməyə və Ukraynaya kömək etməyə davam edəcəyini qeyd edib.
2023-cü ilin dekabrında Yaponiya İqtisadiyyat Nazirliyi Rusiya, BƏƏ, Suriya və Özbəkistandan olan təşkilatlara qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Qara siyahıya 57 Rusiya, 27 Belarus, Özbəkistan və BƏƏ-dən iki, Ermənistan və Suriyadan isə bir şirkət daxil edilib.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər