14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Radanın keçmiş üzvü Bereza: "Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edildi"
Tarix: 29-01-2024 22:03 | Bölmə: Siyasət

Ukrayna prezidenti Vladimir Zelenski Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən uzaqlaşdırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı Borislav Bereza prezident aparatındakı mənbələrinə istinadən məlumat verib.
"Prezident aparatındakı mənbələrim bildirdilər ki, Zalujnı baş komandan vəzifəsindən azad edilib", o, Teleqram kanalında yazıb.
Xalq deputatı Aleksey Qonçarenko (Rosfinmonitorinqin terrorçuları və ekstremistləri siyahısına daxildir) öz növbəsində Zalujnının istefası barədə elan edildiyini, lakin "hələ fərman olmadığını" söylədi. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanına Ukraynanın Avropa ölkələrindən birində səfir olmaq təklif edilib, lakin o, bundan imtina edib.
Zalujnının istefası ilə bağlı hələlik rəsmi məlumat yoxdur.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər