14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi: Hindistan Rusiya ilə müdafiə sahəsində əməkdaşlıqdan imtina etmir
Tarix: 29-01-2024 21:30 | Bölmə: Siyasət

Hindistanın Rusiya silahlarının alışını azaltmaq istəyini bildirən "Reuters" xəbərini Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı diplomatın sözlərinə görə, Moskvada belə bir məlumat yoxdur. O, belə xəbərlərin tamamilə "Reuters"-in məsuliyyətində olduğunu vurğulayıb. Rudenkonun sözlərinə görə, Hindistan müdafiə sektorunda Rusiya ilə əməkdaşlıqdan imtina etmir.
TASS xatırladır ki, Hindistan ənənəvi olaraq dünyada Rusiya silah və hərbi texnikasının ən böyük alıcılarından biri olub. Qərb dövlətlərinin Nyu Dehli ilə hərbi-texniki əməkdaşlıq qurmaq üçün mübarizə apardığı bir vaxtda bu əməkdaşlıq yeni səviyyəyə çatır. Birləşmiş Ştatlar açıq şəkildə bildirir ki, Hindistanın Moskva ilə böyük müdafiə müqavilələri bağlamaqdan imtina etməsini istəyir və satınalmaların diversifikasiyasında israr edir. ABŞ dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisi Cessika Lyuis bildirib ki, Vaşinqton Ukrayna böhranından Rusiyanı qlobal silah və hərbi texnika təchizatı bazarlarından sıxışdırmaq üçün istifadə etməyə çalışır.




Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər