14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Slovakiyanın baş naziri Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
Tarix: 27-01-2024 14:48 | Bölmə: Siyasət

Slovakiya Rusiya Federasiyası ilə normal münasibətlərdə maraqlıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fiko bildirib.
“Smer-SD” partiyasının lideri "Teraz"-a müsahibəsində bildirib ki, o, Ukrayna ilə baş verənlər kimi Rusiya ilə də münasibətləri standartlaşdırmağa cəhd edəcək. Slovakiya hökumətinin başçısı Moskva ilə Kiyev arasında münaqişəyə son qoymaq üçün mümkün qədər tez danışıqlara başlamağı vacib sayır.
Daha əvvəl siyasətçi məlumat vermişdi ki, ölkə Ukraynada hərbi əməliyyatların tam dayandırılması və Bratislava ilə Moskva arasında münasibətlərin nizamlanmasından sonra gələcək vaxta hazırlaşmalıdır. 2023-cü ilin dekabrında Robert Fiko Kremllə dialoqa girməyi zəruri hesab etdiyini və Rusiyaya məhəl qoymamaq ehtimalını rədd etdiyini bildirib. Daha sonra baş nazir vurğulayıb ki, dünyanın hər yerindən silahların tədarükü bu münaqişədə qalib gəlmək üçün Ukraynaya lazımi yardımı göstərə bilməyəcək.
Ötən ilin noyabrında Slovakiya hökumətinin başçısı Rusiya və ABŞ səfirləri İqor Bratçikov və Qautam Rananı qəbul edib. Sonra hər iki ölkənin nümayəndələrinə hörmətlə yanaşdığını söyləyib.




Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər