22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Pentaqon Somali sahillərində itkin düşən ABŞ əsgərlərini təsdiq edib
Tarix: 22-01-2024 11:28 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi yanvarın 11-də Somali sahillərində Ədən körfəzində yoxa çıxan ABŞ Hərbi Dəniz Qüvvələrinin iki xüsusi təyinatlısını ölü hesab edir.
"10 gün davam edən hərtərəfli axtarışdan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin iki xüsusi təyinatlı əsgəri tapılmayıb və onlar indi ölü hesab olunurlar", - TASS ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatına istinadən xəbər verir.
Sənəddə həmçinin qeyd olunur ki, hərbçilər İran istehsalı olan silahların daşındığı iddia edilən gəmiyə minərkən yoxa çıxıblar.
CENTCOM-un açıqlamasında deyildiyi kimi, axtarış əməliyyatı davam edir, lakin Pentaqon artıq xüsusi təyinatlı əsgərlərin sağ tapılmasına ümid etmir.
“Politico” qəzetinin məlumatına görə, gəmidə daşınan silahlar Yəmən Husi Ənsar Allah hərəkatı üçün nəzərdə tutulub.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər