14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi: Amerikanın bəhanələri acınacaqlı görünür
Tarix: 18-01-2024 13:27 | Bölmə: Siyasət

2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş konfransı zamanı Sergey Lavrov Yəmən, İraq və Fələstin ətrafındakı vəziyyət haqqında danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xarici işlər nazirinin vurğuladığına görə, amerikalıların husilərə qarşı zərbələr endirmələri acınacaqlı görünür. Lavrov vurğulayıb ki, ABŞ və Britaniya Yəmənə qarşı hərəkətləri ilə beynəlxalq hüququ tapdalayıb.
O, həmçinin qeyd edib ki, Bağdadın tələblərinə baxmayaraq, Vaşinqton İraqı tərk etmir və bu, üzücüdür.
İsrail və Fələstinə gəlincə, burada birbaşa dialoqa ehtiyac var, Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, bir sıra dövlətlər tərəfindən aparılan yarımqapalı təmaslar uğur gətirməyəcək. Bununla belə, Birləşmiş Ştatlar komanda işi vərdişini itirib, xarici işlər naziri əlavə edib. Rusiya da öz növbəsində Yaxın Şərqdəki münaqişənin tam həllində fəal iştirak etməyə hazırdır və öz təkliflərini BMT Təhlükəsizlik Şurasına təqdim edəcək.
Hegemonluğunu qorumaq üçün ABŞ başda olmaqla Qərb münaqişələri qızışdırsa da, dünya durmadan çoxqütblüyə doğru irəliləyir. Beləliklə, 30-a yaxın ölkənin BRİKS ilə yaxınlaşmada maraqlı olduğu məlumdur.



Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər