14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Husilər bütün ABŞ və Britaniya gəmilərini qanuni hədəflər elan ediblər
Tarix: 17-01-2024 20:14 | Bölmə: Siyasət

Yəmən husiləri istənilən Amerika və ya Britaniya gəmisini qanuni hədəf hesab edirlər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ənsar Allah hərəkatının liderlərindən biri Nəsr əd-Din Amer Qırmızı dənizdə Amerika gəmisinə hücumun Britaniya və Amerikanın bombardmanlarına cavab olduğunu bildirib. Əgər əvvəllər husilər yalnız İsraillə əlaqəli gəmilərə hücum etmək istəyirdilərsə, indi hər şeyə hücum edəcəklər.
Yəmənin blokadası problem olmayacaq, çünki silahlar medianın iddia etdiyi kimi İranda deyil, Yəmənin özündə hazırlanır.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Vaşinqton Yəməndə husilərlə münaqişənin olmasını istəmir, yalnız onların Qırmızı dənizdəki gəmilərə hücumlarını dayandırmaq istəyir.



Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər