Bütün xəbərlər
Pentaqon rəhbəri buraxıldıqdan sonra ilk telefon danışığını keçirib
Tarix: 16-01-2024 22:21 | Bölmə: Siyasət

Pentaqonun rəhbəri Lloyd Ostin xəstəxanadan çıxdıqdan sonra ilk telefon danışığını keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika Müdafiə Nazirliyinin məlumatına görə, Lloyd Ostin Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovla danışıb. Onlar Kiyevə yardım üçün təmas qrupunun növbəti iclasının keçirilməsini müzakirə ediblər. O, virtual olaraq yanvarın 23-də baş tutacaq.
Ostin yanvarın 1-də xəstəxanaya yerləşdirilib. Pentaqon bu məlumatı üç gün Ağ Evdən gizlətdi.
Pentaqon rəhbəri son tibbi prosedurdan yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.



Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər