14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Pentaqon: Kiyevə silah tədarükünə lazımi nəzarət yox idi
Tarix: 11-01-2024 20:09 | Bölmə: Siyasət


Pentaqon Ukraynaya silah tədarükünə lazımi şəkildə nəzarət etmədiyini etiraf edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə baş müfəttişin hesabatında deyilir. O, xəbərdarlıq edir ki, Kiyev üçün silahların vaxtında izlənilməməsi oğurluq və üçüncü əllərə keçmə riskini artırır.
Hesabatda təqribən 1,7 milyard dollarlıq silah-sursatdan təqribən 1 milyard dollar dəyərində silahın uçota alınmadığı bildirilir. Monitorinq müfəttişlərinin işinə onların Ukrayna ərazisində hərəkətinə qoyulan məhdudiyyətlər mane olur.
ABŞ Müdafiə Nazirliyinin baş müfəttişi diqqəti bu araşdırmanın Amerika yardımının yenidən satılması və ya başqa şəkildə yenidən bölüşdürülməsi hallarının olub olmadığını müəyyən edə bilməməsinə diqqət çəkir.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın artıq Ukraynaya əlavə dəstək vermək imkanının olmadığını bildirmişdi.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər