14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Ərdoğan: "Ukraynadakı vəziyyət bir sıra ölkələrdə silahlanma yarışına gətirib çıxarıb"
Tarix: 10-01-2024 22:25 | Bölmə: Siyasət

Ukraynada münaqişənin başlanmasından sonra “dünyada daşlar yerindən oynadı” - bir sıra ölkələrin təhlükəsizlik konsepsiyalarında köklü dəyişikliklər baş verdi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ankarada Milli Kəşfiyyat Təşkilatının (MİT) yaradılmasının 97-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən o, "Cəmi 5-10 il əvvəl müdafiə büdcəsinə yük kimi baxan ölkələr silahlanma yarışına giriblər" deyib.
Ərdoğan, Türkiyə müdafiə strategiyasına çox erkən sərmayə qoymağa başlayan ölkələrdən biridir.
“Ölkəmizin əldə etdiyi uğurların heç biri təsadüfi deyil”, - Türkiyə lideri vurğulayıb. Onun sözlərini RİA Novosti sitat gətirir.
Ərdoğan dəfələrlə Ankaranın Kiyev və Moskva arasındakı münaqişənin həllində vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib. Yanvarın 5-də Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə telefon danışığında o, bir daha həmsöhbətini Rusiya ilə sülh danışıqlarını təşkil etməyə və aparmağa dəvət edib.
Bundan əvvəl Ukrayna Prezidentinin Aparatının müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Moskva ilə klassik mənada danışıqlar aparmayacaq, əksinə, “son tələblər” irəli sürəcək. O, əmindir ki, Rusiya onları mütləq yerinə yetirəcək.





Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər