14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Rusiya və İran maliyyə mesajlaşma sistemlərini birləşdiriblər
Tarix: 08-01-2024 15:26 | Bölmə: Siyasət

İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə müavini Möhsün Kərimi bildirib ki, Rusiya və İran maliyyə mesajlarının ötürülməsi üçün milli sistemləri birləşdirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, indi iki ölkənin bankları əməliyyatları birbaşa öz milli valyutaları ilə həyata keçirirlər.
İranın Fars agentliyinə istinadən Kərimi deyib: “İxracatçı Rusiya tərəfinə İran rialı ilə hesab-faktura verə və İrandakı Rusiya banklarından pul ala bilər”. Bu sxem İsveçrədə yerləşən kommersiya beynəlxalq SWIFT sistemindən istifadəni istisna edir. Rusiyada Rusiya banklarının SWIFT-dən mümkün kəsilməsi riskləri fonunda banklararası mesajların ötürülməsi üçün öz sistemi yaradılıb.
Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin dekabrında demişdi ki, yaxın gələcəkdə iri Qərb banklarının inhisarı sarsıdılacaq. Onun sözlərinə görə, SWIFT sistemi özünü gözdən salıb. Qərb sistemləri əsasən texnologiya baxımından köhnəlir. SWIFT sistemi isə heç nəyi dəyişməyə ehtiyac olmadığı şəraitdə arxaikləşir və artıq milli valyutada ödənişlə əvəz olunur.
Rusiya Federasiyası SWIFT banklararası köçürmə sistemindən ayrılmaq niyyətində deyil, Rusiya Milli SWIFT Assosiasiyasının icraçı direktoru Roman Çernov Dövlət Dumasında çıxışı zamanı bildirib. Çernov bildirib ki, heç kim Rusiyanı SWIFT-dən ayırmaq fikrində deyil, çünki bu, heç kimə sərfəli deyil.
Dünyanın 11 mindən çox ən böyük təşkilatı məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemə (SWIFT) qoşulub. Kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qərbin ən sərt sanksiyalarından biri kimi Rusiya Federasiyasının SWIFT-dən ayrıla biləcəyi barədə məlumatlar dərc olunur. Moody's reytinq agentliyinin mesajlarından belə çıxır ki, Rusiyanın beynəlxalq ödəniş sistemlərindən qopması riskləri çətin ki.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər