14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Kirbi: "ABŞ-ın Ukraynaya kömək etmək üçün hələ vəsaiti yoxdur"
Tarix: 04-01-2024 14:01 | Bölmə: Siyasət

ABŞ-ın Ukraynanı dəstəkləmək üçün vəsaiti yoxdur, Ağ Evin sözçüsü Con Kirbi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukraynaya son maliyyə yardımı paketinin ayrılması haqqında fərman imzalayıb. "Budur. Ukraynanı dəstəkləməyə davam etmək üçün bizə Konqresin təsdiqi lazımdır", - Kirbi bildirib.
Dövlət katibi Antoni Blinken 2023-cü ilin dekabrında Ukraynaya 250 milyon dollarlıq sonuncu hərbi yardım paketinin 2023-cü ildə ayrılacağını açıqlamışdı. Kiyevə dəstək üçün vəsait tükənib. Yeni silah və sursat təchizatı ABŞ Konqresinin təsdiqini tələb edir.
ABŞ administrasiyasının Ukraynaya yardım xahişi Konqresin hər iki palatası tərəfindən təsdiqlənməlidir. Eyni zamanda, administrasiya ABŞ-ın Meksika ilə sərhədinin qorunması ilə bağlı yanaşmasını dəyişməyincə respublikaçılar Kiyevə yardımın ayrılmasını dəstəkləməyəcəklər. Konqresin hər iki palatası qış tətilinə çıxıb.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər