14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İran prezidenti Kirmandakı terror aktında iştirak edənlərin hamısını cəzalandıracağına söz verib
Tarix: 03-01-2024 21:01 | Bölmə: Siyasət

İran prezidenti Kirmanda terror aktında iştirak edənlərin hamısını cəzalandıracağına söz verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisinin bildirdiyinə görə, Kirmanda terror aktının bütün təşkilatçıları və icraçıları təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək öz səhralarına uyğun cəzalandırılacaqlar.
Rəisi general Qasım Süleymaninin ölümünün ildönümü ilə bağlı matəm yürüşləri zamanı Kirmanda “anti-İran cinayətkarları”nın cinayətini pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.
“Şübhəsiz ki, qorxaq hərəkətin səbəbkarları və rəhbərləri iyrənc əməllərinə görə təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək cəzalandırılacaqlar”, – Rəisi rəsmi saytında dərc olunan bəyanatda bildirib.
Dövlət başçısı yerli hakimiyyət orqanlarına terror aktından zərər çəkmiş insanlara kömək etmək üçün bütün lazımi tədbirləri görməyi tapşırıb. Yanvarın 4-ü ölkə boyu matəm günü, Kirman əyalətində isə üç günlük matəm elan edilib.
Bu arada terror aktı qurbanlarının sayı 211-ə yüksəlib.Daha əvvəl general Süleymaninin ölümünün ildönümündə qəbiristanlığın girişinin yaxınlığında partlayıcı maddə olan iki çantanın partladığı bildirilib. Bu dəqiqələrdə insanlar Amerikanın hava hücumu nəticəsində həlak olan Qasım Süleymaninin xatirəsini yad etmək üçün dəfn mərasimində iştirak ediblər.




Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər