14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Qasım-Jomart Tokayev: "Dünyada heç bir problem Rusiyasız həll oluna bilməz"
Tarix: 03-01-2024 11:33 | Bölmə: Siyasət

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əmindir ki, bütün dünya Rusiyanın müxtəlif məsələlərdə fikrini nəzərə alır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Egemen Qazaqstan” qəzetinə müsahibəsində Tokayevin bildirdiyinə görə, dünyada heç bir problem Rusiya Federasiyasının iştirakı olmadan həll edilə bilməz.
"Bu, aydan aydındır", - Qazaxıstan lideri vurğulayıb.
Tokayev qeyd edib ki, martda keçiriləcək Rusiya prezidenti seçkiləri Rusiya Federasiyasının dünya siyasətindəki roluna görə böyük beynəlxalq əhəmiyyət kəsb edir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
“Vladimir Putin sözləri və hərəkətləri ilə qlobal gündəmi formalaşdıran liderdir”, - Tokayev xatırladıb.
Bu il ABŞ, Böyük Britaniya, Hindistan və digər ölkələrdə dövlət başçıları seçkiləri keçirilsə də, Qazaxıstan prezidenti izah edib ki, Rusiyadakı seçkilər Astana üçün xüsusi maraq kəsb edir. Ölkələr arasında yüksək səviyyəli əlaqələr mövcuddur.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər