Bütün xəbərlər
Sunak ingilislərə yeni il müraciətində Ukraynanın adını çəkməyib
Tarix: 31-12-2023 11:29 | Bölmə: Siyasət

Baş nazir Rişi Sunak Böyük Britaniya xalqına Yeni il müraciətində ötənilki müraciətdən fərqli olaraq Ukraynanın adını çəkməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Britaniya liderinin ofisi tərəfindən yayılan mesajda iqtisadi artım, inflyasiyanın yarıya endirilməsi, biznes vergilərinin azaldılması və 60 milyard funt sterlinq (75 milyard dollar) investisiya cəlb edilməsi daxil olmaqla, daxili siyasət nailiyyətlərinə diqqət yetirilib.
Sunak qeyd edib ki, onun Yeni il mesajı irəliləməyə davam etmək vədidir. O, hökumətin gələn həftə orta hesabla 27 milyon insan üçün vergi öhdəliyini 450 funt sterlinq (570 dollar) azaldacaq vergi endirimi planını açıqlayacağını söyləyib.
Keçən il hökumət başçısı kimi Yeni il müraciətində Sunak iqtisadi çətinliklərə baxmayaraq, Ukraynanı dəstəkləyəcəyinə söz vermişdi.
Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Böyük Britaniya Kiyevə 4,6 milyard funt sterlinq (5,9 milyard dollar) - ildə 2,3 milyard funt-sterlinq dəyərində hərbi yardım edib. Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ötən həftə 2024-cü ildə Ukraynaya yardımın səviyyəsini saxlamağı planlaşdırdığını açıqlayıb.





Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər