14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Krım parlamentinin sədri: "Yarımada rekord pozuntularla Ukrayna SSR-ə verilib"
Tarix: 23-12-2023 09:13 | Bölmə: Siyasət


Krım 1954-cü ildə Ukrayna SSR-ə verilərkən rekord miqdarda hüquqi nihilizmə yol verilib, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Krım parlamenti yanında işçi qrupu yarımadanın Ukrayna Sovet Sosialist Respublikasına verilməsi zamanı üç konstitusiya pozuntusunu müəyyən edib. Bu barədə RİA Novosti-yə Krım parlamentinin rəhbəri, xüsusi işçi qrupunun həmsədri Vladimir Konstantinov məlumat verib.
Onun sözlərinə görə, rekord miqdarda hüquqi nihilizmə və o dövrdə qüvvədə olan qanunvericiliyə məhəl qoymamağa yol verilib.
“Bütün bu prosedurun 1954-cü ildə qanunla rəsmiləşdirilməsinə nə mane oldu, bilmirəm” deyən Vladimir Konstantinov, “lakin digər tərəfdən, hüquqi cəhətdən təsdiqlənmiş qərarlar qəbul edilsəydi, indi bizim etiraz etməyə heç bir şeyimiz qalmazdı və biz bunu edə bilərdik. Məhkəməyə müraciət etmək üçün əsas yoxdur”.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər