14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Sankt-Peterburqda Vladimir Putinin seçki qərargahı açılıb
Tarix: 22-12-2023 20:19 | Bölmə: Siyasət

Sankt-Peterburqun Krasnoqvardeyskaya meydanında Vladimir Putinin seçki qərargahı açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün orada təşkilati işlərlə bağlı ilk iclas keçirilib.
Qərargahın birinci prioriteti namizədin irəli sürülməsi üçün imzaların toplanmasına hazırlıq olacaq. Bu prosedur yanvarın sonuna qədər davam edəcək. Qərargah üzvləri imza toplayanlara göstəriş verəcək, şəhərdə piketlər təşkil edəcək.
Vladimir Putinin rəsmi olaraq dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün ölkənin hər yerindən ən azı 300 min imza toplaması lazımdır.
Vladimir Putin dekabrın 8-də keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb. O, qalib gəlsə, bu, onun beşinci dəfə dövlət başçısı olacaq. Seçkilər üç gün ərzində, martın 15-dən 17-dək keçiriləcək.




Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər