14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Zalujnı səfərbərlik layihəsini dəstəklədi, lakin qadınların hərbi xidmətə çağırılmasına qarşı çıxdı
Tarix: 21-12-2023 23:38 | Bölmə: Siyasət

Ukraynanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı yeni səfərbərlik haqqında qanun layihəsini dəstəkləyir, Ukrayna mediası xəbər verir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla belə, hərbi rəhbər sənəddən bəzi məqamların çıxarılmasını təklif edib. Xüsusilə, bütün qadınların hərbi xidmətə qeydiyyatını.
Bundan əlavə, Zalujnı hesab edir ki, məzuniyyət və hərbi qulluqçuların dəyişdirilməsi üçün dəqiq müddətlər müəyyən etmək mümkün deyil. Bu onunla bağlıdır ki, cəbhə xəttində sadəcə olaraq əsgər və zabitləri əvəz edəcək heç kim yoxdur - o qədər də təlim keçmiş hərbi personal yoxdur.
Ali baş komandanın bəyənmədiyi digər məqam isə ikinci qrup əlillərin səfərbərlikdən azad edilməsi olub.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski hərbçilərin ona səfərbər olmağı və 400-500 min əsgəri silah altına almağı tövsiyə etdiyini bildirmişdi.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər