14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Putin və Maduro Essequibo bölgəsi ətrafındakı vəziyyəti müzakirə ediblər
Tarix: 21-12-2023 21:51 | Bölmə: Siyasət

Vladimir Putin Venesuela prezidenti Nikolas Maduro ilə telefonla danışıb. İki ölkə liderləri enerji, ticarət, investisiya və mədəniyyət sahələrində əməkdaşlığı müzakirə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, Maduro Essequibo ətrafındakı vəziyyət, xüsusən də Qayana prezidenti ilə danışıqlar barədə danışıb. Putin mübahisəni diplomatiya yolu ilə həll etməyə çağırıb.
Həmçinin, Rusiya və Venesuela başçıları çoxqütblü dünyanın formalaşmasına ortaq yanaşmanı təsdiqləyib və qeyri-qanuni sanksiyalara qarşı çıxıblar.
Xatırladaq ki, Venesuela ilə Qayana arasında Essequibo çayı bölgəsindəki ərazilərlə bağlı mübahisə 100 ilə yaxındır ki, davam edir. Münaqişə 2015-ci ildə bu ərazidə böyük neft yatağının aşkarlanması ilə kəskinləşib.




Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər