14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Avropa Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğluna qarşı sanksiyaları ləğv edib
Tarix: 21-12-2023 07:48 | Bölmə: Siyasət

Viktor Yanukoviçin Ukraynadakı korrupsiya iddiaları ilə bağlı Aİ-nin tətbiq etdiyi sanksiyalardan kənarlaşdırılması ilə bağlı qərarı Avropa Ədalət Məhkəməsi qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tribunalın qərarında qeyd olunur: Ukraynanın eks-prezidenti Yanukoviç və oğlu Aleksandrın adlarının saxlandığı hissədə Avropa İttifaqı Şurasının qərarı ləğv edilməlidir.
2022-ci ildə Yanukoviçin mətbuat xidməti bəyan edib ki, Avropa Məhkəməsi sanksiyaları ləğv etmək və onları əsassız kimi tanımaq üçün artıq beş qərar qəbul edib. Eyni zamanda heç bir ölkədə siyasətçinin oğurladığı iddia edilən büdcə vəsaitlərinin mövcudluğu müəyyən edilməyib. Sanksiyaların tətbiqi məhz bu vəsaitin mövcudluğu ilə əsaslandırılıb.
2022-ci il avqustun 4-də Avropa İttifaqı Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla əlaqədar Yanukoviç və oğluna qarşı yeni sanksiyalar tətbiq edib. Aİ-nin bəyanatında vurğulanır ki, sanksiya siyahısına fərdlər, təşkilatlar və qurumlar “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirməkdə və ya ona təhlükə yaratmaqda roluna görə” əlavə edilib.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər