14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Ərdoğan əmindir ki, Ukrayna və Moldovanın Aİ-yə qoşulması prosesi dalana dirənəcək
Tarix: 19-12-2023 20:30 | Bölmə: Siyasət

Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar prosesi qeyri-müəyyən müddətə, Türkiyədə olduğu kimi dalana dirənəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan bildirib.
"Avropa Birliyinə namizəd statusu almaq onların ittifaqa üzv olacağı anlamına gəlmir. Proses başlayacaq və bu da dalana dirənəcək", - Anadolu agentliyi Türkiyə liderinin sözlərindən sitat gətirir.
Ərdoğan xatırladıb ki, Türkiyə 2005-ci ildən Avropa İttifaqına üzv olmağa namizəddir, lakin Ankara öz strateji və iqtisadi potensialı baxımından birliyə çoxdan hazır olmasına baxmayaraq, siyasi maneələr buna mane olub.
Dekabrın 14-də Avropa liderləri Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq qərarına gəliblər.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər