Bütün xəbərlər
Roma Papası Rusiya və Ukrayna arasında barışıq əldə olunmasını ən yaxşı hədiyyə adlandırıb
Tarix: 17-12-2023 22:51 | Bölmə: Siyasət

Roma Katolik Kilsəsinin rəhbəri rus xalqına salam və xeyir-dualarını çatdırıb, münaqişələrin sülh yolu ilə həllinə ümid etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dekabrın 17-də 87 yaşını qeyd edən Papa Fransisk bildirib ki, onun üçün ən yaxşı ad günü hədiyyəsi Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının başlanğıcı olacaq. Bu barədə RİA Novosti-yə Roma Katolik Kilsəsinin rəhbəri ilə danışan Ümumdünya Köhnə Möminlər Birliyinin (WBU) sədri Leonid Sevastyanov məlumat verib.
Sevastyanovun sözlərinə görə, Papa Fransisk rus xalqına salam və xeyir-dualarını çatdıraraq qeyd edib ki, “insan həyatı və ölməz ruhu ərazilərdən və ideologiyalardan daha vacibdir”.
Roma Katolik Kilsəsinin rəhbəri təkcə Rusiya və Ukrayna orduları arasında barışığa və siyasətçilər arasında danışıqların başlanmasına deyil, həm də Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşmasına ümid edir. Roma Papası xatırladıb ki, Rusiya və ABŞ-ın ümumi dəniz sərhədi var və bu, onun fikrincə, ortaq tale deməkdir.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər