14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Zaxarova: "Moskva, Bakı və İrəvan arasında razılaşmalar qüvvədə qalır"
Tarix: 14-12-2023 21:01 | Bölmə: Siyasət

Üçtərəfli razılaşmaların alternativi yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xatırladıb. Müqavilə denonsasiya olunarsa, Ermənistanı ciddi siyasi risklər və çağırışlar gözləyir.
"Üçtərəfli sazişlər toplusu Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsidir. Hələlik heç bir tərəf sənəddəki imzasını geri götürməyib. Saziş qüvvədə qalır", - o əlavə edib.
Bununla bağlı Moskva yaxın vaxtlarda Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqları təşkil etməyə hazırdır. Sadəcə Ermənistan və Azərbaycanın görüşə razılığı lazımdır.
"Biz təklifimizi təsdiq edirik" deyə, Zaxarova yekunlaşdırıb.
Bu arada Paşinyan Qərblə flört etməkdə davam edir. Ermənistanın baş naziri MDB və KTMT-nin sammit və iclaslarına inadla məhəl qoymur.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər