14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Azərbaycan humanitar prinsiplərə növbəti dəfə sadiqlik nümayiş etdirdi-Könül Nurullayeva
Tarix: 14-12-2023 20:32 | Bölmə: Siyasət

Azərbaycan hər zaman bütün humanitar prinsiplərə hörmətlə yanaşıb. Ermənistanla əldə olunan birgə razılaşmaya uyğun olaraq saxlanılanların qarşılıqlı mübadiləsi həyata keçirildi. Bu ilin aprelində Naxçıvan istiqamətində yolu azaraq Ermənistan tərəfə keçən və əsir götürülən hərbi qulluqçularımız Azərbaycana təhvil verildi. Bu, bir daha göstərdi ki, hər bir vətəndaşın taleyi dövlətimiz üçün vacib məsələdir. Məlumdur ki, əsirlikdə olan hərbi qulluqçular - Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistanda ağır işgəncələrə məruz qalmışdılar. Bu kobud davranış Ermənistanın bütün humanitar norma və prinsipləri kobud şəkildə pozduğunu bir daha təsdiqləmişdi. Azərbaycan tərəfi isə erməni əsirlərlə davranışda hər zaman humanist yanaşma ilə nümunə sərgiləyib. 32 nəfərin Ermənistana təhvil verilməsi qarşı tərəf üçün ən böyük güzəştdir.
İndi beynəlxalq ictimaiyyət əsirlərin qarşılıqlı mübadiləsini Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması kimi dəyərləndirir. Amma təbii ki, növbəti mərhələdə Ermənistan humanitar addımların miqyasını daha da genişləndirməlidir. Biz mina xəritələrinin təhvil verilməsini, eləcə də birinci Qarabağ müharibəsindən ötən müddətdə 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsini gözləyirik. Tərəflər arasında əlavə etimad tədbirləri gözləyən beynəlxalq təşkilatlar və ya vasitəçilər Ermənistana təsir etməlidir. Əgər beynəlxalq ictimaiyyət doğrudan da sülhün təmin olunmasında maraqlıdırsa, prosesə müdaxilə etməsin. Müdaxilə olacaqsa, bu, yalnız və yalnız Ermənistana təzyiq ola bilər. Yalnız bu halda effektiv nəticədən danışmaq mümkün olacaq.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər