14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi axtarışa verilib
Tarix: 14-12-2023 11:01 | Bölmə: Siyasət

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, terrorçuluqda təqsirləndirilən Kirill Budanov axtarışa verilib, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumat bazasından məlumat verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun Cinayət Məcəlləsinin hansı maddə ilə axtarışa verildiyi açıqlanmır.
Rusiya Federal Təhlükəsizlik Xidməti bəyan edib ki, Krım körpüsündə terror aktının təşkilatçısı Budanov olub. RİA Novosti xəbər verir ki, partlayıcı qurğu ümumi çəkisi demək olar ki, 22,8 ton olan 22 altlıq üzərində tikinti polietilen plyonkalarında kamuflyaj edilib.
Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, Budanov 2022-ci ilin aprelindən Moskva və Moskva vilayətində, Krım və Sevastopolda, Rostov, Belqorod, Bryansk vilayətlərində və Rusiyanın bir sıra digər regionlarında pilotsuz uçuş aparatlarından istifadə etməklə 100-dən çox aviazərbələrdə iştirak edib.
Aprelin 21-də Moskvanın Lefortovo Məhkəməsi onun qiyabi həbsinə icazə verib.
Budanov özü də açıq şəkildə etiraf edib ki, o, terrorçuluq və rusları öldürmək təcrübəsini qəbul edir.




Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər