Bütün xəbərlər
Çexiya Rusiya diplomatlarının Şengen ölkələrində hərəkətini məhdudlaşdırmağı təklif edib
Tarix: 11-12-2023 14:56 | Bölmə: Siyasət

Çexiya Xarici İşlər Nazirliyi Rusiyadan olan diplomatlar və onların ailə üzvləri üçün Şengen zonasına səyahət məhdudiyyətlərinin yeni anti-Rusiya sanksiyalar paketinə daxil edilməsini təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, respublikanın xarici işlər naziri Yan Lipavski ölkəsinin 12-ci sanksiyalar paketinin qəbulunu dəstəklədiyini xatırladaraq, “Mən hesab edirəm ki, bu, təhlükəsizlik baxımından vacibdir” deyib.
Lipavski həmçinin xatırladıb ki, Çexiya Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların tez başlanmasına ümid edir.
Bundan əvvəl Çexiyanın müdafiə naziri Jana Çernoxova bildirmişdi ki, il yarım ərzində Praqa Kiyevə hərbi yardım göstərmək imkanlarını praktiki olaraq tükəndirib.
Bu arada Belçikanın baş naziri Aleksandr de Kroo daha əvvəl bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 12-ci paketi Rusiya Federasiyasından almaz idxalına qadağa daxildir.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər