Bütün xəbərlər
Paşinyan bildirib ki, Dağlıq Qarabağın ləğvi qaçılmazdır
Tarix: 10-12-2023 21:43 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın dövlət sisteminin ləğvinin qaçılmaz olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paşinyanın qeyd etdiyinə görə, Yerevan bütün resurslarını Dağlıq Qarabağ Respublikasının yaradılmasına sərf edib, lakin bu, həll olunmaz məsələdir. Tərəflər arasında uzun sürən danışıqlar prosesi konsensusa gətirib çıxarmadı və nəticədə Qarabağ həm ərazisini, həm də dövlətçiliyini itirdi.
Paşinyanın sözlərinə görə, Ermənistan rəhbərliyi beş il əvvəl hakimiyyətə gəlməklə də Qarabağ probleminin emosional qavranılmasının daşıyıcısı olmaqda davam edib və ölkə vətəndaşlarının 90 faizindən çoxu bu fikri bölüşüb.
"Biz gördük ki, emosional qavrayışla reallıq arasında böyük uçurum var. Biz bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi mümkün deyil", - Ermənistan hökumətinin başçısı vurğulayıb.
Ermənistanın baş nazirinin fikrincə, indiki hakimiyyətin günahı ondadır ki, onlar bu barədə xalqla danışmayıblar, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib. “Biz Ermənistanın yaradılmasına sərf etməli olduğumuz bütün resursları “DQR”in yaradılması kimi həll olunmaz problemin üzərinə qoymuşuq”, - Paşinyan əlavə edib.
2023-cü ilin mayında Nikol Paşinyan bildirib ki, Ermənistan Qarabağ ərazisi ilə birlikdə Azərbaycanın suverenliyini tanıyır, RİA Novosti xatırladır.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər