Bütün xəbərlər
Netanyahu Putinlə danışmaq üçün hökumətin iclasını yarımçıq dayandırıb
Tarix: 10-12-2023 19:47 | Bölmə: Siyasət

Bazar günü Putin və Netanyahu arasında telefon danışığı olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Rusiya prezidenti ilə söhbəti xatirinə hökumətin iclasını dayandırıb. Kabinet üzvləri iki liderin söhbətini bitirməsini 50 dəqiqə gözlədilər.
“The Times of Israel” yazır ki, Netanyahu Rusiya vətəndaşlığı olan İsrail vətəndaşını Həmas əsarətindən azad etmək üçün göstərdiyi səylərə görə Putinə təşəkkür edib.
Eyni zamanda, İsrailin baş naziri BMT-də Fələstin-İsrail qarşıdurmasını müzakirə edərkən Rusiyanın mövqeyini tənqid edib.
Öz növbəsində Kreml Rusiyanın münaqişənin diplomatik yolla həllinə və anklavda atəşkəsə sadiqliyini təsdiqləyib. Moskva terror aktlarını pisləyir və Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər