Bütün xəbərlər
Prezident Məhərrəm Əliyevi vəzifəsindən azad etdi - Yeni təyinat
Tarix: 09-12-2023 12:57 | Bölmə: Siyasət

                       prezident-meherrem-eliyevi-vezifesinden-azad-etdi


Prezident İlham Əliyev general-polkovnik Məhərrəm Əliyevlə bağlı Sərəncam imzalayıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sərəncama əsasən, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Prezidentin digər Sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, daha əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, Azərbaycanın Tacikistandakı səfiri kimi vəzifələri tutmuş Məhərrəm Əliyev 2012-ci ildə Prezident Adminstrasiyasında Hərbi Məsələlər üzrə şöbənin rəhbəri - Prezidentin köməkçisi təyin edilmişdi.
  



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər