Bütün xəbərlər
Peskov Putinin təyyarəsini niyə "Su-35S" qırıcılarının müşayiət etdiyini izah edib
Tarix: 07-12-2023 10:42 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun izah etdiyinə görə, qırıcılar Vladimir Putinin son səfərlərinin təhlükəsizliyini təmin ediblər.
“Əgər BƏƏ və Səudiyyə Ərəbistanı sabit, təhlükəsiz ölkələrdirsə, təbii ki, ətraf mühit... Qonşu region, şübhəsiz ki, təhlükələrlə və gözlənilməzliklərlə doludur, ona görə də, təbii ki, dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür. Rusiya dövləti lazımi səviyyədə”, - RİA Novosti Dmitri Peskovun sözlərindən sitat gətirir.
Əbu-Dabi və Ər-Riyada səfərləri zamanı Vladimir Putinin təyyarəsini Rusiya Aerokosmik Qüvvələrinin "Su-35S" qırıcıları müşayiət edib.
"Bloomberg"-in qeyd etdiyi kimi, Vladimir Putinin Səudiyyə Ərəbistanına səfəri ABŞ və Aİ-nin Rusiya Federasiyasını beynəlxalq aləmdə təcrid etmək cəhdlərinin uğursuzluğa düçar olmasından xəbər verib.



Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər