Bütün xəbərlər
Parisdə ukraynalılara Donbasa dəstək aksiyasını pozmağa icazə verilməyib
Tarix: 02-12-2023 21:20 | Bölmə: Siyasət

Parisdə Şamp de Marsda Donbass sakinlərinə dəstək aksiyası keçirilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əllərində Ukrayna bayraqları olan fəallar tədbirə müdaxilə etməyə çalışıblar.
Tədbirin təşkilatçısı SOS Donbass assosiasiyası olub. Mitinqdə Rusiya, Fransa, Polşa və Serbiyanın nümayəndələri iştirak ediblər.
TASS müxbirinin verdiyi məlumata görə, aksiyada onlarla insan iştirak edib. Onlarda Rusiya, Novorossiya, DXR, eləcə də Fransa kazakları birliyinin bayraqları var idi. Bundan əlavə, onlar dinc əhalinin öldürülməsini və Kiyev rejiminə silah tədarükünü dayandırmağı tələb edən plakatlar uzadıblar.
Əllərində Ukrayna bayraqları olan kiçik bir qrup fəal aksiyanın qarşısını almağa çalışsa da, vətəndaşlar buna nail ola bilməyiblər. Onların hərəkətinin qarşısı dərhal polis tərəfindən alınıb.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər