Bütün xəbərlər
Mask 2024-cü il ABŞ seçkilərində Baydenə səs verməyəcək
Tarix: 30-11-2023 09:05 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-lı sahibkar və milyarder İlon Mask növbəti prezident seçkilərində Co Baydenə səs verməyəcəyini bildirib.
"Mən Baydenə səs verəcəyimi düşünmürəm" -Mask "The New York Times" tərəfindən təşkil edilən konfransda deyib.
Mask həmçinin dövlət başçısı postuna namizədliyini irəli sürməyi planlaşdıran ABŞ-ın keçmiş prezidenti Donald Trampa səs vermək niyyəti barədə heç nə deməyib.
"Demək istəyirəm ki, bu, şübhəsiz ki, çətin seçimdir".
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək, RİA Novosti xatırladır. Hazırkı prezident Co Bayden ikinci müddətə yenidən seçilmək və dövlət başçısı postunu qoruyub saxlamaq planlarını açıqlayıb. Donald Tramp da ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər