Bütün xəbərlər
"F-16" gümüş güllə deyil, Stoltenberq xatırladıb
Tarix: 29-11-2023 16:42 | Bölmə: Siyasət


NATO-nun baş katibi Yens Stoltenberq xəbərdarlıq edib ki, "F-16" döyüş təyyarələrinin təkbaşına Ukraynaya təhvil verilməsi döyüş meydanında vəziyyəti dəyişdirə bilməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra keçirilən mətbuat konfransında alyansın baş katibi Amerika istehsalı olan qırıcıların Rusiya ordusuna ziyan vura biləcəyini etiraf edib.
"Ancaq bu, öz-özünə bütün problemləri həll edəcək və döyüş meydanındakı vəziyyəti kökündən dəyişdirəcək bir gümüş güllə deyil" deyib.
Stoltenberq həmçinin "F-16"-ların Ukraynaya mümkün təhvilinin vaxtını açıqlamaqdan imtina edərək, təkcə “təyyarələrin olduğunu” qeyd edib. Onun sözlərinə görə, hər şey ukraynalı pilotların hazırlanmasına nə qədər vaxt lazım olacağından asılı olacaq.
Noyabrın əvvəlində məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin Amerika "F-16" qırıcılarını idarə etmək üçün təlim keçən bəzi pilotları artıq havada öz bacarıqlarını məşq etməyə başlayıblar.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər