Bütün xəbərlər
Amerikalıların yarısı hökumətin onlara qarşı işlədiyinə inanır
Tarix: 24-11-2023 16:26 | Bölmə: Siyasət

Hökumətin iqtisadi və siyasi siyasəti amerikalıların özlərinə ziyan vurur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, WSJ-nin NORC ilə birgə keçirdiyi ictimai rəy sorğusu iştirakçılarının yarısının fikridir. Respondentlər əmindirlər ki, ABŞ hökumətinin hərəkətləri ölkə vətəndaşlarına zərər vurur. Amerikalıların 39%-i bu fikri dəstəkləmir.
Daha əvvəl NBC News sorğusu haqqında məlumat verilmişdi. ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord səviyyəyə düşüb. Respondentlərin yalnız 40 faizi prezidentin fəaliyyətini bəyənir. Əksər seçicilər onun xarici siyasətə yanaşmasını və Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyini bölüşmədiklərini bildiriblər.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər