Bütün xəbərlər
Borrell: "Qəzzaya nəzarəti HƏMAS deyil, PNA əldə etməlidir"
Tarix: 18-11-2023 12:42 | Bölmə: Siyasət


Fələstin-İsrail münaqişəsi bitdikdən sonra HƏMAS Qəzza zolağına nəzarət edə bilməyəcək; bu zolaqda hakimiyyət yalnız Fələstin Milli Administrasiyasına (PNA) məxsus olmalıdır, Aİ diplomatiya rəhbəri Josep Borrell bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatı keçirir. İsrail Qəzzanı tam blokadaya alıb: su, qida, dərman, yanacaq və elektrik təchizatı dayandırılıb.
Qəzza şəhəri İsrail əsgərləri tərəfindən mühasirəyə alınıb, zolağı cənub və şimal hissələrə bölünüb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Prezident Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında mümkündür.



Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər