Bütün xəbərlər
Təbii sərvətlər və ekologiya naziri yeni vəzifə alıb
Tarix: 14-11-2023 23:34 | Bölmə: Siyasət


Təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Rusiya-Monqolustan komissiyasının Rusiya hissəsinin sədri vəzifəsinə təsdiq edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Rusiya-Monqolustan komissiyasının Rusiya hissəsinin sədri vəzifəsinə təsdiq edilib. Ondan əvvəl bu vəzifəni Rusiya Federasiyası baş nazirinin müavini Viktoriya Abramçenko icra edirdi.
Əvvəllər Monqolustanın xarici siyasət konsepsiyasında Rusiya ilə əməkdaşlığın prioritet olduğu bildirilib. Rusiya etibarlı tərəfdaşdır, 2023-cü ildə milli valyutalarda hesablaşmalarla qarşılıqlı ticarətin həcmi 2022-ci illə müqayisədə iki dəfə artıb. Humanitar əlaqələrin çox böyük perspektivləri var. Monqollar rus idmanına - fiqurlu konkisürmə və xokkeyə, sirkə və kinoya fəal maraq göstərirlər.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər