Bütün xəbərlər
Lukaşenko Putini Minskə dəvət edib və Paşinyana məsləhətlər verib
Tarix: 14-11-2023 22:35 | Bölmə: Siyasət

Belarus prezidenti Aleksandr Lukaşenko telefon danışığı zamanı Rusiya lideri Vladimir Putini noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitinə dəvət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sammitdə iştirakdan imtina edən Ermənistanın baş naziri Nikol Paşinyan Lukaşenkodan tələsik qərarlar verməmək, əksinə, parçalanmaya yönəlmiş addımları nəzərdən keçirmək tövsiyəsi alıb.
Son aylar Ermənistanın nümayəndələri KTMT tədbirlərində iştirak etməyiblər. Bundan başqa, ölkə öz səfirini geri çağırıb və qurumdakı diplomatik missiyaya yeni rəhbər təyin etməyib. Amma həm Paşinyan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri bildirirlər ki, hazırda İrəvan KTMT-dən çıxmaq imkanını müzakirə etmir.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər