Bütün xəbərlər
Türkiyə İsrailin baş nazirinə qarşı məhkəmə iddiası ilə bağlı vəziyyətə aydınlıq gətirir
Tarix: 14-11-2023 22:15 | Bölmə: Siyasət

Bir qrup türk vətəndaşının İsrailin baş naziri Binyamin Netanyahuya qarşı qaldırdığı iddia Beynəlxalq Cinayət Məhkəməsinə hələ də göndərilməyib, Türkiyə Ədliyyə Nazirliyində baxılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iddianın təşəbbüskarlarından olan vəkil Burak Bəkiroğlu Ədliyyə Nazirliyinin ərizənin kağız variantını BCM-ə göndərəcəyini və sənədin gələn həftə ünvana çatacağına aydınlıq gətirib.
Bundan əvvəl türkiyəli vəkil Metin Kulunk İsrailin baş nazirini 21-ci əsrin Hitleri adlandırmışdı. O, siyasətçiyə xəbərdarlıq edib ki, Qəzza zolağında törədilən soyqırıma və insanlığa qarşı cinayətlərə görə cavab verməli olacaq. İsrailin baş naziri “bütün dünyanın gözü qarşısında” Qəzza zolağının mülki əhalisinə qarşı hücumlarda beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham olunur.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər